«Yuventus»da çempionluğa görə mükafat olmayacaq
«Qoca sinyora» futbolçularına İtaliya çempionatında qələbəyə görə kollektiv mükafat verməyi planlaşdırmır. Hər futbolçu yalnız şəxsi müqaviləsinə uyğun mükafatını alacaq.

Turində nəşr olunan «Tuttospor»un yazdığına görə, «ağ-qaralar» mükafat təşəbbüsündən klubda yenilənmə aparmaq fikri ilə əlaqədar yan keçiblər.

İdman.com.az saytının məlumatına görə, ötən mövsüm «Yuventus»un oyunçularına şəxsi seçimi əsasında ya 200 min avroluq bonus, ya da yeni «Ferrari» avtomobili təklif olunmuşdu.

Xəbər 1782 dəfə oxundu.