Handanoviç «Barsa»ya keçə bilər
«Sky Sport 24» «Barselona»nın Samir Handanoviç üçün 30 milyon avro ödəməyə hazır olduğunu yazır. İdman.com.az saytının məlumatına görə, sloveniyalı qolkiper komandanı mövsümün sonunda tərk edəcəyi güman edilən Viktor Valdesə əvəz axtaran kataloniyalıların diqqət mərkəzinə düşüb.

«Udineze»nin keçmiş qapıçısının alışı təqdirində «Barselona» «İnter» və «Yuventus»un çoxdan maraqlandığı Aleksis Sançesin transferində güzəştə gedə bilər. Futbolçunun yaxın ətrafından onunla hələ ki, kataloniyalıların heç bir əlaqə qurmadıqları söylənilsə də, Samirin məmnuniyyətlə təklifi qəbul edə biləcəyini bildiriblər. Nüfuzlu italiyalı transfer eksperti Canluka di Marsio vəziyyəti belə şərh edib:

«İnter»ə heç bir rəsmi təklif gəlməyib. Hələ ki, konkret heç bir addım atılmayıb. «Barselona» 30 milyon avro təklif edərsə, «İnter»i çətin vəziyyətə qoya bilər. Lakin «İnter» Handanoviçi satmağı düşünmür. Baxaq görək danışıqlar başlayacaqmı?».

Xəbər 946 dəfə oxundu.