Van Persi Turinə niyə köçməyib?
Robin van Persinin «Yuventus»a keçidinin baş tutmamasının təfərrüatı məlum olub. İdman.com.az saytının məlumatına görə, niderlandlı qolçu ötən yay «Mançester Yuventus»a transfer olunmazdan öncə turinlilərdən icazə istəyib.

O, «Yuventus»a keçməyə çox yaxın idi və artıq şəxsi müqaviləsinin şərtlərini də razılaşdırmışdı. Lakin «Arsenal» futbolçunun dəyərini 25 milyondan aşağı endirmək istəmədi.

«Sky Sport Italia»nın bildirdiyinə görə, həmin zaman «Mançester Yunayted» qeyd edilən məbləği ödəməyə hazır olduğunu bəyan edib. Bu zaman «ağ-qaralara» hörmətsizlik etməmək istəyən van Persi mançesterlilərin təklifini qəbul etmək üçün «Yuventus»dan izn istəyib.

Xəbər 904 dəfə oxundu.