İbrahimoviçə 7 milyonluq təklif
«Yuventus» Zlatan İbrahimoviçin PSJ-dən geri gətirilməsi üçün danışıqlara başlayıb. «La Gazzetta dello Sport»un yazdığına görə, Turin klubu 31 yaşlı isveçli ilə 4 illik müqavilə bağlamağa hazırdı və forvarda ildə 7 milyon avro ödəməyi düşünür.

Baxmayaraq ki, PSJ-də İbrahimoviçin qazancı xeyli yüksəkdir.
İdman.com.az saytının məlumatına görə, hücumçu Parisdə ilə 12 milyon alır. İbrahimoviç «Yuventus»da 2004-2006-cı illərdə çıxış edib.

Xəbər 782 dəfə oxundu.