Azərbaycan Kuboku yarışları “Xəzər-Lənkəran”ın futbolçusu üçün əlamətdar olub
Azərbaycan Kuboku yarışlarının yarımfinal mərhələsinin “Bakı” ilə cavab oyunu (2:0) “Xəzər-Lənkəran”ın futbolçusu Manuel Skarlatake üçün əlamətdar olub.

Rumıniyalı müdafiəçi 50-ci dəfə “Xəzər-Lənkəran”ın heyətində meydana çıxıb.

2011-ci ilin əvvəlində transfer olunan arxa xətt oyunçusu yarım mövsüm ölkəmizdə çıxış etdikdən sonra vətəninə qayıdıb. 2012-ci ilin yayında bir illik fasilədən sonra yenidən komandaya qayıdan M.Skarlatake ümumilikdə “Xəzər-Lənkəran”da mövsümyarıma yaxın çıxış edib.

Çempionatda 36, Avropa Liqasında 4 matça çıxan M.Skarlatake kubok yarışında 10-cu görüşünü keçirməklə ümumi oyun sayını 50-yə çatdırıb. Bununla da o, klub tarixində 50 və daha çox oyun keçirən 38-ci futbolçu olub.

Xəbər 671 dəfə oxundu.