Kayseri Kaska 4 basketbolçu ilə yollarını ayırıb
Kayseri Kaska müqaviləsi bitən 4 basketbolçu ilə yollarını ayırıb.

İdman.com.az saytının məlumatına görə, klubun ümumi meneceri Əhməd Bozbey mətbuata verdiyi açıqlamalarda yunan oyunçuları Zoya Dimitra, Evata Maltsi, o cümlədən Begüm Dalga və Tuğba Taşçı ilə müqavilələrinin sona çatdığını söyləyib.

Qeyd edək ki, Bozbey açıqlamasında bu basketbolçularla yenidən müqavilə bağlanmayacağını da qeyd edib. Sonda başçı hər bir basketbolçuya ayrı-ayrılıqda bu günə qədər oyun nümayiş etdirdikləri üçün öz minnətdarlığını ifadə edib.


Aynurə

Xəbər 920 dəfə oxundu.