"Xəzər Lənkəran" Bakıya gəlir
Premyer Liqanın XXVIII turu çərçivəsində aprelin 28-də səfərdə AZAL ilə qarşılaşacaq "Xəzər Lənkəran" bu gün, Bakıya yollanacaq.

"Ağ yaşıllar" bu gün saat 10:30-da stadionun yardımçı meydançasında səhər məşqinə çıxıb. Hazırlıq prossesinin ardından baza-oteldə saatyarımlıq istirahət edən komanda günorta yeməyindən sonra saat 14:00-da Bakıya yola düşəcək. "Xəzər Lənkəran" paytaxtın Modern otelində məskunlaşacaq.

Xatırladaq ki, "AZAL Arena" stadionunda aprelin 28-də saat 18:00-da start götürəcək AZAL- "Xəzər Lənkəran" matçını heç bir televiziya kanalı yayımlamayacaq

Xəbər 807 dəfə oxundu.