Volkan yeni rekordun sahibi olub
“Fənərbaxça”lı oyunçu Volkan Dəmirəl “Benfika” ilə oynadığı matçda qrupu üçün ilkə imza atıb.

İdman.com. az saytının məlumatına görə, “Fənərbaxça”lı qapıçı ilk dəfə “Benfica” matçıyla Avropa kubokları oyunlarının 62-ci matçına çıxıb. Bununla da idmançı sarı-göylü qrupun tarixində Avropa kubokları oyununda ən çox forma geyən futbolçusu olub.

Qeyd edək ki, Volkandan əvvəl mövsümün ilk yarısında “Fənərbaxça” ilə yollarını ayıran braziliyalı futbolçu Aleksin də 61 matçda forma geyinib. Beləliklə də Volkan yeni rekordun sahibi olub.


Aynurə

Xəbər 829 dəfə oxundu.