Ferqyuson Britaniyanın ən varlı məşqçisidir
Mançester Yunaytedin 71 yaşlı baş məşqçisi Aleks Ferqyuson Britaniyada çalışan məşqçilər arasında ən varlı olaraq qalmaqdadır.

İdman.com.az saytının məlumatına görə, qocaman mütəxəssis ilk yeri 34 milyon funt sterlinq var-dövlətlə tutur.

2-ci yerdə isə Sanderlendin keçmiş baş məşqçisi Roy Kin və Arsenallı Arsen Venger gedirlər. Onların hər ikisinin 29 milyon funt sterlinq varidatı var.13 milyonla KPR-dən olan Rednapp Rafael Benites və Roy Hocsonla birlikdə 9-cu yeri bölüşürlər.

Aynurə

Xəbər 787 dəfə oxundu.