Mənsimovdan «Xəzər Lənkəran»a təbrik
«Xəzər Lənkəran»ın Azərbaycan Kubokunun finalına çıxmasına klubun prezidenti Mais Mənsimov da biganə qalmayıb. Klub rəhbəri «Bakı» ilə oyundan sonra texniki heyəti təbrik edib.

Qeyd edək ki, «Xəzər Lənkəran» yarımfinalın ilk oyununda uduzduğu (0:1) «Bakı»nı cavab matçında yenərək (2:0) finala çıxıb. Lənkəran klubu həlledici matçda əzəli rəqibi «Neftçi» ilə qarşılaşacaq.

Xəbər 927 dəfə oxundu.