Rail Məlikovla Arif İsayev mükafatlandırılıb
“Dənizlispor”un şərəfini qoruyan azərbaycanlı futbolçular – Rail Məlikovla Arif İsayev mükafatlandırılıb.

Təmsilçilərimizin komandası Türkiyə PTT I divizionun XXXI turu çərçivəsində səfərdə “Manisaspor”u 1:0 hesabı ilə məğlub etdikləri üçün pul mükafatı alıblar.

Klub prezidenti Süleyman Urkay, maliyyə işlər üzrə məsul şəxs Taner Atilla, Transfer Komitəsinin üzvü İhsan Niyaz və Dənizli təmsilçisinin meneceri Mehmet Əli Keskinler əvvəlcədən söz verilən mükafatları komandanın kapitanı Vəli Acara təqdim ediblər.

Qeyd edək ki, “Manisaspor”la görüşdə Rail Məlikov 90 dəqiqə meydanda mübarizə aparıb. Arif İsayev isə start heyətdə meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib.

Xəbər 988 dəfə oxundu.