Kolo Ture yayda komandanı tərk edəcəyini açıqlayıb
“Mançester Siti”nin müdafiəçisi Kolo Ture yayda komandanı tərk edəcəyini açıqlayıb.

Klub tərəfindən yeni müqavilənin təklif olunmaması futbolçunun bu qərara gəlməsinə səbəb olub:

“Mançester Siti”də təxminən 4 ildi ki, oynayıram. Son iki il ümumiyyətlə fantastik keçib. Bu komandada qardaşım Yaya ilə birlikdə çıxış edirəm. Ailəm Mançesterdə yaşamağı xoşlayır, övladlarım burda məktəbə gedir. Amma son iki ayda klub tərəfindən mənə yeni müqavilə təklif olunmadı. Ona görə də gələcəyimi fikirləşməliyəm. Birinci seçimim İngiltərədi. Premyer Liqanı çox bəyənirəm və burda da qalmaq istərdim”.

Qeyd edək ki, 32 yaşlı Ture “Mançester Siti”yə 2009-cu ildə “Arsenal”dan keçib. O, bu mövsüm Premyer Liqanın yalnız 12 oyununda forma geyinmək şansı əldə edib.

Xəbər 804 dəfə oxundu.