Ansi Aqollinin durumuna aydınlıq gəlib
«Qarabağ»ın futbolçusu Ansi Aqollinin durumuna aydınlıq gəlib. «Bakı» ilə oyunda zədələnən albaniyalı futbolçusu son 2-3 turda «Qarabağ»a kömək edə bilər.

Bu barədə «Qarabağ»ın fizioterapevti Murat Şahinoğlu məlumat verib: «Ansi Aqollinin durumu Admir Teliyə nisbətən daha qənaətbəxşdi. Hər halda Aqollinin bu mövsüm oynamaq şansı var. Onda əzələ gərilməsi olub. Sıraya dönməsi üçün 10 gün lazımdı. Hazırlıq prosesini də nəzərə alsaq, daha bir neçə gün lazım ola bilər. Belədə son 2-3 oyunda meydana çıxmaq şansı var».

Xəbər 831 dəfə oxundu.