Taekvondoçularımızın uğurlu çıxışı
Taekvondoçularımız Türkiyənin Konya şəhərində keçirilən yarışda uğurla çıxış ediblər.

İdman.com.az saytı xəbər verir ki, Beynəlxalq Rumi Uşaq İdman Oyunlarında 23 ölkədən 290 idmançı iştirak edib.

Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərlik etdiyi yeniyetmələrdən ibarət Azərbaycan millisi 6 medala sahib olub.

Yarışa 10 idmançı ilə yollanan komandamızın heyətində Nicat Əsgərli (57 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxmışdır. Digər taekvondoçularımız Umud Məmmədov (33 kq) gümüş, Əli İsazadə (37 kq), Nərgiz Mirzəyeva (33 kq), Şəms İsayeva (47 kq) və Cəvarət Dövlətova (44 kq) isə yarışı bürünc medalla başa vurublar.

Xəbər 898 dəfə oxundu.