Budapeştdə cüdo üzrə Avropa çempionatı
Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Avropa çempionatı başlanılıb.

İdman.com.az saytı xəbər verir ki, qitənin ən nüfuzlu yarışının ilk günündə tatami üzərinə üç cüdoçumuz çıxacaq.
Qitə birinciliyində 60 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Vüqar Şirinli ilk mərhələdə Yuho Reynvallı (Finlandiya) ilə yarışacaq. Həmyerlimiz bu oyunda qalib gələrsə, növbəti görüşdə gürcüstanlı Amiran Papinaşvili ilə qarşılaşacaq.

Budapeştdə isə Nicat Şıxəlizadə (66 kq) birinci görüşünü Aleksander Veyçinqerə (Avstriya) qarşı keçirəcək, qalib gələrsə Denis Kozlovs (Latviya) – Nikola Gusiç (Çernoqoriya) cütünün güclüsü ilə qarşılaşacaq.
Çempionatda 57 kiloqram çəki dərəcəsində yarışacaq Kifayət Qasımova püşkün nəticəsinə görə, ilk mərhələdə rumıniyalı Onai Loredana ilə üz-üzə gələcək.

Qeyd edək ki, dörd gün davam edəcək yarışda Azərbaycan 10 cüdoçu ilə təmsil olunur.

Xəbər 969 dəfə oxundu.