“Roma” elçiləri İstanbulda
Türkiyə mətbuatı “Roma” nümayəndələrinin İstanbula gəldiyini bildirib. Klub menecerləri Fatih Terimlə danışıqlar aparmaq üçün Türkiyəyə gəlib.

Klub meneceri Valter Sebatinin İstanbulda Terimlə görüşdüyü bildirilib. Terimdən əlavə italyanların Burak Yılmazla maraqlandığı da açıqlanıb. “Qalatasaray” prezidenti Ünal Aysal isə bu mövzuda heç bir açıqlama verməyərək səssiz qalmağa üstünlük verir.

Xəbər 835 dəfə oxundu.