Azərbaycan Kuboku yarışlarının yarımfinal mərhələsinin oyunları
Futbol üzrə Azərbaycan Kuboku yarışlarının yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

İdman.com.az saytı xəbər verir ki, doğma meydanda ilk oyunda “Neftçi” səfərdə “Qarabağ”ın qonağı olub. Qarşılaşma heç-heçə bitdiyindən (2:2) “Neftçi” finala yüksəlib.

Yarışın digər yarımfinalında isə “Bakı” komandası “Xəzər Lənkəran”la qarşılaşıb. İlk oyunda minimal hesabla uduzan cənub təmsilçisi doğma divarlar arasında rəqibini iki cavabsız qolla məğlub edərək finala adlayıb.

Beləliklə, azarkeşlər Azərbaycan Kuboku yarışlarının finalında “Neftçi” – “Xəzər-Lənkəran” qarşılaşmasını izləyəcəklər.

Xəbər 769 dəfə oxundu.