Admir Telidən yeni xəbərlər var
Albaniyalı zədəli futbolçu Admir Telidən yeni xəbərlər var.

İdman.com.az saytının məlumatına görə, 3 həftəyə qayıdacağı gözlənilən “Qarabağ”ın albaniyalı müdafiəçisinin zədəsi ciddidir. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verərək bildirib ki, Teli mövsümün sonunadək komandasına kömək edə bilməyəcək. Digər zədəli oyunçu Ansi Aqolli isə çempionatın sonuna 3 tur qalmış komandaya dönə biləcək.

Xəbər 950 dəfə oxundu.