Milli komandamızın dünya çempionatındakı rəqibləri müəyyənləşib
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
İdman.com.az saytı xəbər verir ki, A qrupunda yer alan millimiz Xorvatiya, Niderland və Bosniya və Herseqovina yığmaları ilə qarşılaşacaq.

Mayın 23-dən iyunun 8-dək Xorvatiyada təşkil olunacaq A qrupunun oyunlarında ilk pilləni tutan komanda birbaşa yarışın üçüncü mərhələsinə vəsiqə qazanacaqdır. İkinci pillənin sahibləri isə oktyabrın 2-6-da keçiriləcək ikinci mərhələdə çıxışlarını davam edəcəklər.
24 milli komandanın iştirak edəcəyi dünya çempionatı gələn il Polşada təşkil olunacaqdır.

Xəbər 1024 dəfə oxundu.