“Arkas Spor” çempionluğun bir addımlığında
Voleybol Kişilər Liqasının final oyunun 2-ci matçında “Halkbank” komandası ilə “Arkas Spor” komandası qarşılaşıb.

İdman.com.az saytının məlumatına görə, oyunu 3-1 hesablı qələbə ilə başa vuran “Arkas Spor” komandası çempionluğa bir addımda yaxınlaşıb.

Qeyd edək ki, Ankarada keçirilən oyunun ilk setində 27-29 hesabı ilə məğlub olan “Arkas Spor” digər oyunlarda 25-16, 25-19 və 25-17 xallarını toplayaraq rəqib komanda üzərində 3-1 hesabı ilə liderliyini saxlaya bilib.

Xatırladaq ki, “Halkbank” ilə “Arkas Spor” arasındakı final oyunun 3-cü matçı aprelin 26-da Ankarada keçiriləcək.

Aynurə

Xəbər 829 dəfə oxundu.