“Qalatasaray Daikin” əhəmiyyətli transferə imza atıb
“Qalatasaray Daikin” voleybol klubu əhəmiyyətli bir transferə imza atıb.

İdman.com.az saytının məlumatına görə, “sarı-qırmızılı” komanda “Vakıfbank” komandasının çempion voleybolçusu Saori Kimura ilə razılaşıb. Belə ki, Acıbadəm Qadınlar Voleybol Liqası mövsüm başa çatdıqdan sonra transfer işlərini sürətləndirəcəyini bildirib. Boyu 1m 85 sm olan yapon oyunçunun blok yüksəkliyi 2m 93sm, smaç yüksəkliyi isə 3m 4sm-dir.

Qeyd edək ki, Saori Kimura Yaponiyanın milli komandasında 190 matça çıxıb. Oyunçu Vakıfbank komandası ilə bir sıra oyunlarda qalib gələrək çempionluq qazanıb.


Aynurə

Xəbər 885 dəfə oxundu.