“Fənər” qələbə qazanıb
Beko Basketbol Liqasında “Fənərbaxça Ülkər” komandası “Əliağa” komandası üzərində möhtəşəm qələbə qazanıb.

İdman.com.az saytının məlumatına görə, “sarı-göylülər” matçda 79-71 hesabı ilə rəqib komandanı məğlub edərək, 28-ci həftədə 23-cü qalibiyyətini qazana biliblər.

Xatırladaq ki, oyun zamanı birinci hissənin ilk 5-ci dəqiqəsində “Fənərbaxça Ülkər” üstünlüyü 9-7 hesabı ilə ələ keçirə bilib. İlk dəqiqələrdə “Əliağa” komandasından Petkim, Ersin Görkəm, “sarı-göylülər” də isə Oğuz Savaş və Ömər Onan öz fəallıqları ilə yada qalıblar. Beləliklə, matçın ilk hissəsi 18-16, ikinci 34-28, üçüncü 61-46 hesabı ilə “Fənərbaxça Ülkər” basketbol klubunun üstünlüyü ilə sona çatıb.

Aynurə

Xəbər 1139 dəfə oxundu.