Luis Suarezə sərt cəza verilib
“Çelsi” ilə oyun zamanı Branislav İvanoviçin qolunu dişləyən Luis Suarezə sərt cəza verilib. Futbolçu 10 oyunluq cəza alıb və mövsümü erkən bitirməli olub.

İngiltərə Futbol Federasiyası bu barədə açıqlama yayıb: “Luis Suarez futboldan kənar davranışa görə 10 oyunluq cəzalandırılır. komitə 3 matçlıq cəzanı qaneedici hesab etməmiş və daha 7 matç da əlavə etmişdi. Cəza ilk matçdan etibarən qüvvəyə minmişdi”.

Xəbər 942 dəfə oxundu.