Millimizin rəqibləri bəlli oldu
Kişilərdən ibarət Azərbaycan millisinin 2014-cü il Dünya Çempionatına gedən yolda rəqibləri bilinib. Seçmə mərhələnin mayın 23-dən iyunun 8-nədək davam edəcək birinci dövrəsində komandamız "A" qrupunda çıxış edəcək. Xorvatiyada keçiriləcək turnirdə voleybolçularımız Niderland, ev sahibi Çexiya, Bosniya və Hersoqovinaya qarşı mübarizə aparacaqlar. Qrup liderləri birbaşa 3-cü mərhələyə adlayacaq. 2-ci pillənin sahibləri isə 2-6 oktyabrda keçiriləcək 2-ci mərhələdə çıxışlarını davam edəcəklər. Millimiz oyunlarını mayın 24, 25 və 26-da keçirəcək.

Qeyd edək ki, sonuncu mərhələ 2014-cü ilin yanvarında baş tutacaq. Burada qrup birinciləri və ən yaxşı ikinci yerin sahibi Dünya Çempionatına vəsiqə qazanacaqlar.

24 komandanın iştirak edəcəyi dünya birinciliyi isə 2014-cü ildə Polşada təşkil olunacaq.

I mərhələdə mübarizə aparacaq qruplar

"A" qrupu: Niderland, Xorvatiya (ev sahibi), Bosniya və Hersoqovina, Azərbaycan
"B" qrupu: Sloveniya (ev sahibi), İsrail, Macarıstan, Moldova
"C" qrupu: Estoniya (ev sahibi), Latviya, Belarus, Danimarka
"D" qrupu: Belçika (ev sahibi), Avstriya, Rumıniya, Şimali İrlandiya
"E" qrupu: Yunanıstan, İsveç (ev sahibi), Norveç, İslandiya
"F" qrupu: Ukrayna, Çernoqoriya, Makedoniya (ev sahibi), Albaniya
"G" qrupu: Lüksemburq, Kipr (ev sahibi), Şotlandiya, San-Marino

Xəbər 883 dəfə oxundu.