Mourinyo: “Daha yaxşı oynayan komanda qalib gəldi”
Çempionlar Liqasının yarımfinal çərçivəsində səfərdə “Borussiaya 4:1 hesabı ilə məğlub olan “Real”ın baş məşqçisi Joze Mourinyo oyun barədə fikirlərini açıqlayıb.

Rəqibin qalibiyyəti haqq etdiyini deyən portuqaliyalı mütəxəssis bu sözləri deyib:

“Daha yaxşı oynayan komanda qalib gəldi. Bu çox açıqdır. Hər bir qarşılıqlı mübarizədən qalib ayrıldılar, başla zərbələrdə üstün idilər. Bizə nisbətən daha yığcam oynadılar. Onların pressinqi qarşısında özümüzü itirdik. Onlarla bağlı hər şeyi bilirdik. Matçdan öncə oyun barədə danışdıq. Levandovskinin haqqını vermək lazımdı, ancaq vurduğu qollarda bizim qəbahətimiz çoxdu”.

Xəbər 912 dəfə oxundu.