Şabranda cüdo üzrə rayon birinciliyi keçirilib
Aprelin 20-də Şabran rayonu Gənclər və İdman İdarəsinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olamasının 90 illlik yubileyi ilə əlaqədar cüdo üzrə rayon birinciliyi keçirilib.

Şəhər 3 saylı tam orta məktəbin idman zalında 80 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi ümummilli liderin yubileyinin qeyd olunması, perespektivli idmançıların aşkarlanması olub.

Sonda qaliblər idmançılar rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 928 dəfə oxundu.