“Real” Dortmund “Borussiya”sının qonağı olub
Çempionlar Liqasının 1/2 final mərhələsinin sonuncu oyunu baş tutub. “Real” Dortmund “Borussiya”sının qonağı olub.

Futbolsevərlər matçın sonunda Madrid təmsilçisinin qələbəsini proqnozlaşdırsa da hər şey əksinə olub. İlk dəqiqələrdən hücuma keçən almanlar 8-ci dəqiqədə sevinib. Mario Götzenin ötürməsini Robert Levandovski qola çevirib. İlk hissənin bitməsinə 2 dəqiqə qalmış Kriştian Ronaldo “Borussiya”nın qapısına yol tapıb. Portuqaliyalı futbolçu Qonzalo Hiquainin ötürdüyü topu tora qovuşdurub. Komandalar fasiləyə bərabərliklə yollanıb – 1:1. ikinci hissədə futbol azarkeşləri daha maraqlı oyunun şahidi olub. Matçın 50-ci dəqiqəsində Levandovski Marko Reusun ötürməsi ilə dubla imza atıb – 2:1. Bundan cəmi 5 dəqiqə sora yenidən Levandovski komandasının və özünün üçüncü qolunu vurub – 3:1. Qola doymayan Levandovski qarşılaşmanın 66-cı dəqiqədə Diyeqo Lopezin qoruduğu qapıya penalti zərbəsi vurub və poker edib – 4:1. Görüş bu hesabla da başa çatıb.

Çempionlar Liqası
1/2 final
İlk oyun

23 aprel
Borussiya (Almaniya) – Real (İspaniya) 4:0
Qollar: Robert Levandovski, 8, 50, 55, 66 (P).

Xəbər 863 dəfə oxundu.