"Rəvan" - "Turan" qarşılaşması
"Rəvan” Topaz Premyer Liqasının 28-ci turunda "Turan”ı qəbul edəcək.

Aprelin 27-də "Bayıl Arena”da keçiriləcək oyun saat 17:00-da başlayacaq. Növbəti oyun ərəfəsində statistik məqamlara diqqət yetirmək yerinə düşərdi.

"Rəvan” və "Turan” indiyə qədər öz aralarında 7 oyun keçirib. "Turan"ın cəmi 1 qələbəsi varsa, "Rəvan" 4 matçda üstün tərəf olub. Topların fərqində də "Rəvan” üstündür – 16:9. Ümumiyyətlə, son 5 oyunun 4-də qalib gələn"Rəvan", "Turan”la bütün görüşlərdə qol vurub. Ev matçlarında komanda 3 oyunun hər birində 2 qol vurub. Bu, 2 dəfə qələbəyə yetibsə, 1 dəfə heç-heçəyə səbəb olub.

Qeyd edək ki, "Rəvan” son 5 ev oyununun 4-də 3 xala sevinib. Komandanın Premyer Liqada ən böyük hesablı qələbəsini üzərində qazandığı Tovuz təmsilçisi isə ötən tur 5 oyundan sonra qalib gəldi. "Turan”ın son 2 turda 4 xal topladığını da bildirək.


23.09.2011 "Turan" - "Rəvan" 0:1
16.02.2012 "Rəvan" - "Turan" 2:1
25.03.2012 "Turan" - "Rəvan" 2:1
21.04.2012 "Rəvan" - "Turan" 2:2
31.10.2012 "Turan" - "Rəvan" 2:2
09.02.2013 "Rəvan" - "Turan" 2:2
30.03.2013 "Turan" - "Rəvan" 2:6

Xəbər 1192 dəfə oxundu.