Gədəbəydə şahmat üzrə rayon turniri keçirilib
Aprelin 18-22-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş 8-16 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə rayon turniri keçirilib.

Gədəbəy UGŞİM-də 88 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi uşaqlar, yeniyetmələr və gənclər arasında şahmatın təbliği olub.

Sonda yüksək yerləri tutan idmançılar Gənclər və İdman idarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 817 dəfə oxundu.