İlkan Karaman ciddi zədə alıb
“Fənərbaxça Ülkər”in milli oyunçusu İlkan Karaman “Antalya Böyükşəhər Bələdiyyəsi” komandası ilə oyun zamanı ciddi zədə alıb.

İdman.com.az saytının məlumatına görə, oyunun 2-ci hissəsində ciddi zədə alan oyunçu yarışı davam etdirə bilməyib. Həkimlər gənc idmançının bir müddət oyundan kənarda qalacağını və yalnız müalicə başa çatdıqdan sonra oyunlarda iştirak edə biləcəyini bildiriliblər.

Qeyd edək ki, yarış zamanı bu yaxınlarda yenicə rəhmətə getmiş “Fənərbaxça” klubunun baş direktoru və köhnə milli futbolçusu Serkan Acar bir dəqiqəlik sükutla yad edilib.

Xatırladaq ki, oyunda “Fənərbaxça Ülkər” komandası 90-78 hesabı ilə qalib olub.

Aynurə

Xəbər 894 dəfə oxundu.