“Fənərbaxça Ülkər” klubu qalib olub
Beko Basketbol Liqasında “Fənərbaxça Ülkər” basketbol klubu “Antalya Böyükşəhər Bələdiyyəsi” ilə qarşılaşıb.

İdman.com.az saytının məlumatına görə, “sarı-göylülər” birinci 30-23, ikinci 42-37, üçüncü hissəsini isə 67-50 hesabı ilə öndə olmağı bacarıblar.

Sonuncu hissədə “Antalya Böyükşəhər Bələdiyyəsi” nin oyunçuları Teodor və Qoluboviç hesabı bərabərləşdirməyə çalışsalar da buna nail ola bilməyiblər.

Sonda “Fənərbaxça Ülkər” klubu rəqib komandanı 90-78 hesabı ilə məğlub edib.

Aynurə

Xəbər 1117 dəfə oxundu.