“Qalatasaray” Aryen Robben üçün başladı
“Qalatasaray” “Bavariya”da forma geyən Aryen Robbeni öz heyətinə qatmaq üçün işə başlayıb. “Sarı-qırmızılar” artıq hollandiyalı ulduz üçün menecerlərini Almaniyaya göndərib.

Droqba və Sneyderə xərclədiyi pulu artıqlaması ilə qazanan “Qalatasaray” Robben üçün 10 milyon avrodan artıq pul xərcləməyi düşünür. Milan “İnter”i də hollandiyalını öz heyətinə qatmaq istəyir. Lakin milanlılar Robben üçün daha az məbləğ nəzərdə tutub.

Xəbər 793 dəfə oxundu.