Saşa Vuyacic heyət xaricində qalacaq
“Anadolu Efes” Saşa Vuyacicnin oyun zamanı heyət xaricində qalacağını açıqlayıb.

İdman.com.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Anadolu Efes” internet səhifəsində basketbolçu Saşa Vuyacic barədə bu ifadələri yazıb: "Anadolu Efes” də Sloveniya oyunçusu Saşa Vuyacic “Olimpiakos” ilə oynanan dördüncü matç əsnasında və sonrasında etdiyi hərəkətlər səbəbindən Anadolu Efes İdman Klubu rəhbərliyi tərəfindən müvəqqəti olaraq heyətdən xaric olunub”.

Qeyd edək ki, Sloveniya oyunçusu ilə əlaqədar qəti qərar önümüzdəki günlərdə göy ağlı qrupun idarə heyəti tərəfindən veriləcək.


Aynurə

Xəbər 991 dəfə oxundu.