Perez Ronaldonun komandada qalacağına inanır
“Real Madrid” in başçısı Florentino Perez Kriştiano Ronaldonun komandada qalacağına inandığını söyləyib.

İdman.com.az saytının məlumatına görə, Perez lazım gələrsə, Ronaldo ilə müqaviləsini daha da yaxşılaşdıracağını bildirib: “Ronaldonun “Real Madrid” də çox böyük gələcəyi olduğuna inanıram. Hal-hazırda Kriştiano ilə aramızda heç bir problem yoxdur. Lazım olsa müqavilə şərtlərini yaxşılaşdırmaq üçün pul da tapa bilərik" .

Qeyd edək ki, iyun ayında yenidən “Real Madrid”in başçısı seçilməsi gözlənilən Florentino Perez seçildiyi təqdirdə bu addımı atacağını ifadə edib.

Aynurə

Xəbər 788 dəfə oxundu.