Luis de Silva forma geyinə bilməyəcək
Portuqaliyanın “Benfika” klubu UEFA Avropa Liqasının “Fənərbaxça” ilə keçiriləcək ilk matçına ciddi itki ilə çıxacaq.

İdman.com.az saytının məlumatına görə, komandanın kapitanı Luis de Silva bu qarşılaşmada forma geyinə bilməyəcək. Buna səbəb isə brazilyalı futbolçunun zədəli olmasıdır.

Qeyd edək ki, Türkiyəyə klubun 19 nəfərlik heyəti gedəcək.“Fənərbaxça” - “ Benfika” matçı aprelin 25-i baş tutacaq.

Aynurə


Xəbər 911 dəfə oxundu.