Alper Potuk ispanların hədəfindədir
"Əskişəhərspor"un futbolçusu Alper Potuk daha bir ispan klubunun diqqət mərkəzindədir.

"Valensiya" futbolçunu heyətinə qatmaq istəyir. "Yarasalar" hələ "Əskişəhərspor"a rəsmi təklif göndərməyib. Alper Potuku hansı klub transfer etmək istəsə, "Əskişəhərspor"a 6,5 milyon avro pul ödəməlidir.

Xəbər 833 dəfə oxundu.