«Qarabağ» çempion oldu | |
«Qarabağ»ın 13 yaşadək futbolçulardan ibarət komandası çıxış etdiyi «Sabahın ulduzları» çempionatında finişə çatmamış qızıl medallara qovuşub. Elburus Rzayevin yetirmələri sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib. 15-ci turda «Şəfa» ilə qarşılaşan «Qarabağ» Hümbət Ələkbərov, Səid Əliyev və Asim Mirzəyevin vurduğu qollarla 3:0 hesablı qələbə qazanıb. Belə də ən yaxın rəqibi «Bakı»nı sona 2 tur qalmış 7 xal qabaqlayan ağdamlılar çempionluğu rəsmiləşdərib. |
|
Xəbər 781 dəfə oxundu. |
|
|