“Qalatasaray” iki futbolçunu göndərməyə hazırlaşır
Türkiyə Superliqasında çempionluğun bir addımlığında olan “Qalatasaray” iki futbolçunu göndərməyə hazırlaşır.

Sözləşməsi başa çatan Çağlar Birinci və Aydın Yılmaza klub tərəfindən yeni müqavilə təklif edilməyəcək.

Mövsümün sonunda müqaviləsi başa çatan və Fatih Terimin komandasında əsas heyətinə düşə bilməyən Çağlar Birincinin bir neçə klubla danışıqlar apardığı bildirilib. “Antalyaspor” və “Qaziantepspor” kimi klublar futbolçunu heyətinə qatmaq istəyir.

Bir neçə Superliqa klubundan təklif alan Aydın Yılmaz isə müqaviləsi başa çatmadan “Qalatasaray”ı tərk etməyəcəyini söyləyib.

Xəbər 822 dəfə oxundu.