"Rəvan" futbolçularına istirahət verilib
Premyer Liqanın 27-ci turunda AZAL ilə görüş keçirdikdən sonra baş məşqçi Ramil Əliyevin istəyi ilə "Rəvan" futbolçularına istirahət verilib.

İstirahət cəmi 1 gün çəkib. Belə ki, aprelin 27-də "Turan”la üzləşəcək komanda artıq bazar günü bərpaedici məşq keçib. Nisbətən yüngül hazırlıqda bütün oyunçular iştirak edib. Dünənki məşqdə isə komanda fitness hazırlığa üstünlük verib. Trenajor-zalda əzələ kütləsini artırmağa çalışan futbolçular gündə 1 dəfə məşq edəcək.

Xəbər 749 dəfə oxundu.