Felipe Skolarin müqayisəsi
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari Lionel Messi və Kriştianu Ronaldunu müqayisə edib.

"Messi fantastik oyunçudu, amma Kriştianu daha güclüdü. "Barsa"nın futbolçuları argentinalını komandanın ulduzu sayır. "Real"da isə düşünürəm ki, digər oyunçular Ronalduya paxıllıq edir. Buna baxmayaraq, Kriştianu Messidən geri qalmır. Məncə, dünyanın ən yaxşısı məhz portuqaliyalı futbolçudu" -deyə baş məşqçi açıqlama verib.

Xəbər 796 dəfə oxundu.