“Naxçıvan Open 2013” beynəlxalq şahmat festivalı
Aprelin 22-də Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubuleyinə həsr edilmiş “Naxçıvan Open 2013” ənənəvi beynəlxalq şahmat festivalının 1-ci turun görüşləri başa çatıb.

A turnirində 1-ci oyundan sonra 16 nəfərin, o cümlədən 5 nəfərAzərbaycan şahmatçılarının - beynəlxalq qrosmeysterlər Eltac Səfərli, Qədir Hüseynov, Nicat Abbasov , Türkan Məmmədyarova və Nərmin Xələfovanın 1 xalı var. Digər şahmatçılarımız beynəlxalq qrossmeysterlər Rauf Məmmədov, , Azər Mirzəyev, Vüqar Rəsulov beynəlxalq ustalar Bəhruz Rzayev, Nərmin Kazımova, Xəyalə Abdulla, Nərgiz Umudova, FİDE ustası Cahangir Ağarəhimov, Nicat Ağayev, Səbinə İbrahimovanın 0.5 xalı var.

Xatırladaq ki,festival İsveçrə sistemi ilə keçirilir və 9 turdan ibarətdir. Yarış mayın 01-də başa çatacaq.

Xəbər 1015 dəfə oxundu.