“Messi turun qalibini müəyyən edəcək”
“Barselona”nın baş məşqçi köməkçisi Jordi Roura oyun öncəsi mətbuata açıqlama verib. Jordi Messinin oynayıb-oynamamağından asılı olaraq turun qalibinin müəyyən olunacağını bildirib:

“Oynayıb-oynamayacağı haqda dəqiq məlumat verə bilmərəm. Son məşqdən sonra vəziyyətinə yenidən baxılacaq. Əgər vəziyyəti yaxşı olsa, meydana çıxa biləcək. Messinin keyfiyyəti haqda danışmaq lazımsız olardı. Komandaya köməyi göz qabağındadı. Amma o olmayanda da vacib qələbələr qazanmşıq. “Bavariya” ilə oyunu böyük maraqla gözləyirik. çətin bir oyun olacaq. Onu deyə bilərəm ki, Messinin oynayıb-oynamayacağı turun qalibini müəyyən edəcək”.

Xəbər 879 dəfə oxundu.