Qazaxda sərbəst güləş üzrə rayon turniri keçirilib
Aprelin 15-də Qazax rayon Gənclər və İdman İdarəsi və YAP Qazax rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.

Qazax Olimpiya İdman Kompleksinin idman zalında 55 nəfər idmançı qələbə uğrunda mübarizə aparıb.

Qaliblər və mükafatçılar müvafiq diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1425 dəfə oxundu.