Daşkəsəndə şahmat üzrə rayon birinciliyi keçirilib
16-19 aprel tarixlərində Uşaq Gənclər İdman Şahmat Məktəbində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə ümumtəhsil məktəbliləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

28 idmançının iştirakı ilə keçirilən yarışın məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda Heydər Əliyev yaradıcılığının təbliği, Respublika Olimpiyadasına hazırlıq və idman dərəcələri normalarının yerinə yetirilməsi olub.

Sonda Elman Məmmədli birinciyə, Nicat İsmayılov ikinciyə, Elşən Məmmədli üçüncü yerə layiq görülüblər.

Qaliblər rayon Gənclər və İdman idarəsi və TİAHİ-nın Daşkəsən rayon komitəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Xəbər 803 dəfə oxundu.