«Qarabağ» qələbə seriyasını 4-ə çatdırıb
Premyer Liqanın XXVII turunda «Bakı»nı yenən «Qarabağ» qələbə seriyasını 4-ə çatdırıb. Ttəsnifat mərhələsinin ilk turunda səfərdə «Simurq»a yenilən (0:1) ağdamlılar ardınca 4 qələbə qazanıb.

Bu müddətdə «Qəbələ»ni (1:0), «Neftçi»ni (2:1) və «İnter»i (3:2) hesabı ilə yenən «Qarabağ» aktivinə 12 xal yazıb və ilk «altılığ»ın final mərhələsindəki ən uğurlu komandası olub.

Qurban Qurbanovun komandası «Bakı»nı yenməklə cari mövsümdə Premyer Liqada bütün rəqiblərini məğlub etməyi bacarıb. Son 2 tura qədər sadəcə «İnter» və «Bakı»nı yenə bilməyən ağdamlılar məlum rəqiblər üzərində ardıcıl qələbələrlə cari birincilikdə bir ilkə imza atıb.

Xəbər 935 dəfə oxundu.