Daşkəsəndə rayon birinciliyi keçirilib
18-21 aprel tarixlərdə Daşkəsən şəhər S.Vurğun adına 4 saylı orta məktəbin idman zalında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə ümumtəhsil məktəbləri, idarə və təşkilatlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

125 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, Müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda Heydər Əliyev yaradıcılığının təbliği, rayonda idmanın bu növünün inkişaf etdirilməsi, yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi və idmançılar arasında dostluq əlaqələrini gücləndirilməsi olub.

Gərgin keçən mübarizədən sonra ümumtəhsil məktəblərinin komandaları arasında UGİM- i birinciyə, Quşçu kənd Ə.İsmayılov adına tam orta məktəb ikinciyə, S.Vurğun adına 4 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüblər.

Böyüklər arasında Quşçu kəndi birinciyə, UGİM-i ikinciyə, Rayon Polis Şöbəsinin komandası üçüncü yerə layiq görülüblər.

Qalib komandalar rayon Gənclər və İdman idarəsi və TİAHİ-nın Daşkəsən rayon komitəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Xəbər 998 dəfə oxundu.