Cahangir Həsənzadə üçün yubiley oyun
Topaz Premyer Liqasının 27-ci turu AZAL-ın kapitanı Cahangir Həsənzadə üçün əlamətdar olub.

34 yaşlı qapıçı ölkə çempionatlarının güclülər dəstəsində yubiley - 250-ci matçını keçirdi. Karyerası ərzində 9 klubla çempionatda çıxış edən Həsənzadə AZAL-da 75-ci qarşılaşmasına çıxdı.

Cahangir ölkə birinciliklərində 250 və daha çox oyun keçirən 36-cı futbolçu oldu. Onlardan yalnız 9-u cari mövsümdə Premyer Liqada çıxış edib. Bu futbolçulardan üçü – Cahangir Həsənzadə, Elmar Baxşıyev və Rəşad Sadiqov cari mövsümdə buna nail olub.

Xəbər 889 dəfə oxundu.