Melo mövsümün sonunda komandasını tərk edəcək
"Qalatasaray"ın futbolçusu Felipe Melo mövsümün sonunda komandasını tərk edəcək.

"Sarı-qırmızılı" klub Melonu komandada saxlamaq fikrində deyil. Buna səbəb futbolçunun stabil oyun göstərməməsidir.

Baş məşqçi Fatih Terim də Melonu komandada görmək istəmir. Melo "Yuventus"a məxsusdur və onun ora qayıdacağı gözlənilir. Brazilyalı futbolçunun yerinə isə komandaya Alper Potukun gətiriləcəyi deyilir.

Xəbər 791 dəfə oxundu.