Milli komandamızın daha bir rəqibi məlum oldu
Azərbaycan milli komandasının bu il daha bir yoldaşlıq oyunu keçirməsi ilə bağlı razılıq əldə olunub. Millimiz noyabrın 19-da Bişkek şəhərində Qırğızıstan yığması ilə beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək.

Xatırladaq ki, bundan dörd gün öncə - noyabrın 15-də millimiz rəqib meydanında Estoniya komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Xəbər 786 dəfə oxundu.