«Simurq»un tarixində antirekord
«Simurq» tarixinin ən böyükhesablı məğlubiyyətini alıb. Bu, Premyer Liqanın XXVII turunun «İnter»lə səfər matçında gerçəkləşib. Əyalət təmsilçisi 0:5 hesabı ilə uduzmaqla 8 illik tarixində ilk dəfə 5 və daha çox top fərqilə məğlub olub.

Yarandığı 2005-ci ildən «Şəfa»dakı matça qədər 253 rəsmi matç keçirən «Simurq» ən ağır yenilgisini 254-cü görüşdə aldı. Bunadək 86 dəfə məğlub olan komanda birinci dəstədə 3, Azərbaycan kubokunda 6, avrokuboklarda 2, Premyer Liqada 75 dəfə uduzmuşdu. Həmin 86 məğlubiyyətdən ən böyük hesablıları 4 top fərqilə olmuşdu. 4 dəfə 4 top fərqilə yenilən zaqatalalılar 87-ci məğlubiyyətini 5 topla aldı. «Simurq»un 3-dən artıq, yəni 4 və daha çox top fərqilə aldığı məğlubiyyətlərin hamısı Premyer Liqaya təsadüf edib.

16.05.2010 Simurq (Zaqatala) – Standard (Sumqayıt) 0:4
21.08.2010 Neftçi (Bakı) – Simurq (Zaqatala) 4:0
27.11.2010 Qəbələ – Simurq (Zaqatala) 4:0
16.12.2011 AZAL (Bakı) – Simurq (Zaqatala) 5:1
20.04.2013 İnter (Bakı) – Simurq (Zaqatala) 5:0

Xəbər 953 dəfə oxundu.